...

Gəncə və Yevlaxda subasmaya məruz qalan ərazilərdə tədbirlər görülüb (FOTO/VİDEO)

Hadisə Materials 16 İyun 2023 18:09 (UTC +04:00)

Bakı. Trend:

Məlumat verildiyi kimi, intensiv yağan yağışlar səbəbindən Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə və Yevlax şəhərində bir sıra yerlərin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyin müvafiq olaraq Gəncə və Aran Regional mərkəzləri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.

Bu barədə Trend-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb, Yevlax şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti