...

Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub (YENİLƏNİB)

Hadisə Materials 30 Sentyabr 2023 17:33 (UTC +04:00)
Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan Trend-ə bildirilib ki, araşdırmalarla 1991-ci il təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektinde tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

xxx

15:45

Mingəçevirdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, S.Məmmədova kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü İsrafilov Ceyhun Sahib oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti