Bakı. Trend:
Oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu
rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə
zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin
Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb,
Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
xxx
13:23
Bakıda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, oktyabrın 13-də saat 12:30 radələrində Bakı şəhərinin Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində olub.
Araşdırma aparılır.