...

Bərdədə həyətyanı sahədə yanğın olub

Hadisə Materials 2 Noyabr 2023 08:32 (UTC +04:00)
Bərdədə həyətyanı sahədə yanğın olub

Bakı. Trend:

Bərdədə həyətyanı sahədə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, 10 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti