Bakı. Trend:
Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Beyləqan rayonu Eyvazalılar kənd sakini 1983- cü il təvəllüdlü Muradov Nadir Nazim oğlu idarə etdiyi 55-BM-764 dövlət qeydiyyat nişanlı "Vaz 21074" markalı minik avtomobili ilə Şəki rayon sakini 1985-ci il təvəllüdlü Əmrahov Məhəmməd Qardaşxan oğlunun idarə etdiyi 90- FR-978 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" minik avtomobili ilə toqquşub.
Nəticədə "VAZ21074" markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü, Beyləqan rayonu Eyvazalılar kənd sakini Kazımova Dilşad Qocaq qızı xəsarət alaraq Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.