...

Qəbələdə 5 otaqlı evdə yanğın olub

Hadisə Materials 24 Mart 2024 15:19 (UTC +04:00)

Bakı. Trend:

Qəbələ rayonunun Bılıx kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 153 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, evin qalan hissəsi, bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti