...

Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

Hadisə Materials 12 İyun 2024 13:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Trend xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı, rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən yüksəkgərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman yüksəkgərginlikli cərəyan onu yerə çırpıb.

C.Həsənov ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkimə qədər ölüm faktı qeydə alınıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti