...

Bakıda aptekdən beş min manatlıq oğurluq edildi

Hadisə Materials 18 Fevral 2025 14:44 (UTC +04:00)
Bakıda aptekdən beş min manatlıq oğurluq edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə Nəsimi rayonu ərazisində isə mağazadan 490 manatllıq məhsul oğurlayan 35 yaşlı Z.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti