...

Ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 172 860 manat məbləğində ziyan dəyib

Hadisə Materials 19 Mart 2025 16:16 (UTC +04:00)
Ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 172 860  manat məbləğində ziyan dəyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Ağcabədi rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Trend xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 125 ünvanında yerləşən “Status 2024” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu Faiq Yusifov küçəsi 43, 43A ünvanında yerləşən “Gold Məkan” MMC-yə məxsus ərazidə, Yasamal rayonu Akademik Şəfayət Mehdiyev küçəsi 257A ünvanında “Ultra Technologies” MMC-yə məxsus ərazidə, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Ultimate Solutions” MMC-yə məxsus ərazidə və Ağcabədi rayonu Qaravəlli kəndi ərazisində ağacların kəsilməsi faktları ilə bağlı təbiətə 172 860 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti