Bakı.Trend:
Binəqədidə dördotaqlı ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
