...

Dekabrın 4-nə olan krimxronika

Hadisə Materials 5 Dekabr 2005 16:27 (UTC +04:00)

Dekabrın 4-də daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 12-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, silah-sursatla əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 13 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti