...

Dekabrın 25-nə olan kriminal xronika

Hadisə Materials 26 Dekabr 2005 13:30 (UTC +04:00)

Dekabrın 25-də daxili işlər orqanları tərəfindən 15 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 7-nin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 2, silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 10 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti