Martın 30-da Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsidə Rusiya Federasiyasının 1 vətəndaşı həlak olub, 3-ü isə ağır yaralanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rusiyaya məxsus olan və Nalçik-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu Bakı-Quba yolunun Xızı rayonu ərazisində düşən hissəsində Azərbaycana məxsus "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusun sürücüsü hadisə yerində həlak olub, 3 sərnişin isə ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya götürülüb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qalır.
Faktla əlaqədar Xızı rayon Prokurorluğunda cinayət işi qaldırılıb, qəzanın səbəbləri araşdırılır.