...

Azərbaycanın Bərdə rayonunun enerji təchizatında fasilə yaranıb

Hadisə Materials 7 Aprel 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ötən gün axşam saat 20:30 radələrində Bərdə rayonunda əsən güclü külək rayonun elektrik enerjisi ilə təminatınada problem yaradıb və 9 saat işıqın olmaması ilə nəticələnib. Bərdə rayon Paylayıcı Elektrik Şəbəkəsindən verilən məlumata görə, güclü küləyin əsməsi nəticəsində istifadə müddətini başa vuraraq yararsız vəziyyətə düşən elektrik xətlərini külək qırıb.

Rayon paylayıcı elektrik şəbəkəsindən onu da bildiriblər ki, bu günə gədər şəhərin mərkəzində elektrik xətlərinin 70%-ə qədərində yenidənqurma və təmir-bərpa işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti