...

"Neapol" İstirahət Mərkəzindəki uçqun altında hələ 2 nəfər qalır

Hadisə Materials 14 Avqust 2007 21:04 (UTC +04:00)
"Neapol" İstirahət Mərkəzindəki uçqun altında hələ 2 nəfər qalır

Azərbaycan, Bakı/ Trend müxbir K. Zərbalıyeva/ "Neapol" İstirahət Mərkəzində aparılan tikinti zamanı baş vermiş uçqun zamanı bir nəfər fəhlə ağır yaralanıb, daha ikisi isə uçqun altındadır.

Trend in hadisə yerindən verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və axtarış itləri işləyir. Dağıntılar altından çıxarılan Rasim adlı fəhlə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 1962-ci il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün düşmüş, tikintidə briqadir işləyən Rafiq Məmmədov və Rauf adlı fəhlə isə hələ dağıntı altındadırlar.

Dağıntı böyük bir ərazini əhatə edir. Əraziyə ağır texnika cəlb olunub. Üç krandan istifadə olunan axtarış əməliyyatlarında hələ ki, insanların olduğu guman olunan yerə çatmaq mümkün olmayıb.

Hazırda hadisə yerində rayon polis idarəsinin, prokurorluğun, Dövlət Əmək Müfəttişliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır.

Dövlət Əmək Müfəttişliyinin sədri Nəbi Şükürov bildirib ki, tikintidə işləyən fəhlələrin müqavilə ilə işə götürüldüyünü müəyyənləşdirmək hələlik mümükün olmayıb.

Abşeron rayon prokurorunun müavini Əvəz Mövsümovun məlumatına görə, fakt üzrə cinayət işi açılıb.

Hadisə yerinə gələn zərəçəkənlərin qohumları axtarış işlərinin zəif aparılmasından narazılıq edirlər.

FHN və tikinti aparan şirkət nümayəndələrindən rəsmi şərh almaq hələ ki mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti