...

Bakıdakı binanın uçması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı həbs olunub

Hadisə Materials 5 Sentyabr 2007 11:36 (UTC +04:00)
Bakıdakı binanın uçması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı həbs olunub

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Bakıdakı bina uçqunu ilə bağlı daha bir nəfər həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar əliyev çərşənbə günü Trend ə bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Mənzil Kooperativ İdarəsinin rəisi Akif Məhərrəmov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilərək, barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.   28 avqust 2007-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 saylı ünvanda "Mütəfəkkir" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən on altı mərtəbəli yaşayış binası uçub. Dağıntılar altından 16 nəfərin meyidi çıxarılıb, 5 nəfər isə xəsarət alıb. Dağıntılar altında daha 10 nəfərin qaldığı güman olunur.

Faktla bağlı 28 avqust 2007-ci il tarixdə Bakı şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 maddələrinin (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) əlamətləri ilə cinayət işi başlanılıb, prokurorluğun və Fövqəladə Hallar, Daxili İşlər Nazirliklərinin nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Hadisə ilə bağlı "Mütəfəkkir" MTK-nın baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb, onların barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti