...

Xorvatiyanın sabiq daxili işlər naziri 1945-ci ildəki hərbi cinayətlərə görə saxlanılıb

Maraqlı Materials 2 Noyabr 2011 15:56 (UTC +04:00)
Xorvatiyanın keçmiş daxili işlər naziri, 89 yaşlı Yosip Bolkovats çərşənbə günü səhər 1945-ci ilin mayında hərbi cinayətlər törətməkdə şübhəli bilinərək həbs edilib.
Xorvatiyanın sabiq daxili işlər naziri 1945-ci ildəki hərbi cinayətlərə görə saxlanılıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Xorvatiyanın keçmiş daxili işlər naziri, 89 yaşlı Yosip Bolkovats çərşənbə günü səhər 1945-ci ilin mayında hərbi cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Trend-in məlumatına görə, bunu onun vəkili Anto Nobilo bildirib. Məlumatı RİA Novosti yayıb.

İstintaqın versiyasına görə, Bolkovatsın Karlovatsdə (Xorvatiyanın mərkəzi hissəsi) Yuqoslaviya Xalq Müdafiəsi Bürosuna rəhbərlik edərkən Duqa-Resa yaşayış məntəqəsində əsasən xorvat millətçilərdən ibarət 210 nəfərin məhv edilməsində əli olub.

Bolkovats müstəqil Xorvatiyanın ilk daxili işlər naziri olub. O, 1990-cu ilin mayından 1991-ci ilin iyuluna kimi bu postu tutub.

Xəbər lenti

Xəbər lenti