Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Salmanov/
İngiltərəli xizəkçi Felisiti Aston Antarktidanı təkbaşına qət edən ilk qadın olaraq dünya rekorduna imza atıb. Bu barədə bazar ertəsi Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
Aston, həmçinin, gücündən istifadə etməklə Antarktidanı təkbaşına qət edən ilk insan kimi də tarixə düşüb. O, Antarktida səfərini bu gün başa çatdırdığını bildirib.
33 yaşlı qadın ötən ilin noyabrında başladığı və 59 günə başa çatdırdığı yürüşü zamanı 1744 kilometr məsafəni qət edib.