...

Ölü doğulan körpənin orqanları başqa bir uşağı xilas etdi

Maraqlı Materials 6 Mart 2012 12:46 (UTC +04:00)
İngiltərədə bir qadın yeni dünyaya gətirdiyi körpənin orqanlarını başqa bir uşağa bağışlayıb.
Ölü doğulan körpənin orqanları başqa bir uşağı xilas etdi

Azərbaycan, Bakı, 6 mart /Trend/

İngiltərədə bir qadın yeni dünyaya gətirdiyi körpənin orqanlarını başqa bir uşağa bağışlayıb.

Jade Avdryu adlı qadının körpəsi hələ ana bətnində ikən başının zədələnməsi səbəbindən ölü olaraq dünyaya gəlib. Buna baxmayaraq, 23 dəqiqədən sonra ana Zaçari adı verdiyi körpəsinin orqanlarına ehtiyacı olacaq uşağın olub-olmadığını soruşub. Həkimlər zərurət yaranacağı halda nəql etmək üçün körpənin orqanlarını saxlayıblar. Bu barədə Trend "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Bir müddət sonra Jade Avdryu və körpənin atası Keyt Mitçell aldıqları məktubda Zaçarinin ürək qapaqlarının ürək çatızmazlığı ilə doğulan körpəyə köçürüldüyünü, bununla da birinin həyatının xilas edildiyini öyrəniblər. "Biz bu şəkildə bir uşağın həyatını xilas etdik. Bu da bizim hazırkı vəziyyətimizdə bacara biləcəyimiz ən yaxşı işdir", - ata Mitçell deyib.

Xəbər lenti

Xəbər lenti