Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir X.Murtuzayeva/
İngiltərədə "25 milyonda bir" reallaşan hadisə baş verib. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.
Belə ki, 15 yaşında ikən "polikistik over sendromu"na (maye kisəcikləri ilə dolu yumurtalıq) mübtəla olan və həkimlərin "Ana ola bilməyəcəksiniz" dediyi Çarlin Medlikot adlı qadın 20 yaşında dördəm əkiz dünyaya gətirib.
Medlikot 26 yaşlı həyat yoldaşı Mark Konnaqton ilə heç vaxt körpə sahibi ola bilməyəcəklərini düşündükləri halda təbii yolla hamilə qalıb. Həkimlərin "risklidir, abort etdir" xəbərdarlığını dinləməyən Çarlinin Evelin, Greki-Lou, Rosalin və Amaliya-Ros Konnaqton adını verdiyi dörd əkizi indi altı aylıqdır.