Azərbaycan, Bakı, 26 yanvar /Trend/
ABŞ zərbxanasının tədavülə buraxdığı ilk gümüş pul Nyu-Yorkda təşkil edilən açıq hərracda rekord qiymətə satılıb.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 10 milyon dollardan baha satılan gümüş pulun sahibinin adı açıqlanmır.
1794-cü ildə tədavülə buraxılan pulun üzərində "Liberty" (Azadlıq) yazısı ilə baxışlarını göyə dikmiş bir qadın təsvir edilib.
Xatırladaq ki, bu sahədə qeydə alınan sonuncu rekord 1994-cü ildə 4,1 milyon dollara satılan gümüş pula aiddir.