...

Cəlilabadda ev külə döndü, amma "Quran" yanmadı (FOTO)

Maraqlı Materials 10 İyul 2013 16:51 (UTC +04:00)
Cəlilabadda baş verən yanğın zamanı evdəki bütün əşyalar yanıb külə dönsə də, yanğın müqəddəs "Quran" kitabına heç bir təsir etməyib. Yarıyanmış çamadanın içində olan müqəddəs kitabın bir səhifəsinə belə xələl gəlməyib.
Cəlilabadda ev külə döndü, amma "Quran" yanmadı  (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Cəlilabadda baş verən yanğın zamanı evdəki bütün əşyalar yanıb külə dönsə də, yanğın müqəddəs "Quran" kitabına heç bir təsir etməyib. Yarıyanmış çamadanın içində olan müqəddəs kitabın bir səhifəsinə belə xələl gəlməyib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə iyulun 9-u axşam saatlarında Cəlilabad rayonunda, Cəlilabad şəhər Vüqar Mürsəlov küçəsi, ev 80 ünvanında Həsənov Natiq Xalıq oğluna məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 56 kv.m olan 1 mərtəbəli 2 otaq və 1 eyvandan ibarət evin dam örtüyünün yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal FHN-in Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğının baş verməsinə evdəki elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Yanğın zamanı evdə 3-ü uşaq olmaqla 6 nəfərdən ibarət ailə üzvü olub. Xoşbəxtlikdən yanğından vaxtında xəbər tutan Həsənovlar ailəsi evi tərk edə bildiyindən yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla əlaqədar Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti