...

Çilidə körpünü tərsinə birləşdirdilər

Maraqlı Materials 11 Yanvar 2014 01:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Çilidə Kau-Kau çayı üzərində açılıb-bağlanan körpü inşa edən İspaniya şirkətinin xətası ölkədə səs-küyə səbəb olub.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, "Azvi" firmasının Valdavia şəhərində tikdiyi və Çilidə ilk dəfə olaraq açılıb-bağlanan körpünün bir tərəfinin tərsinə yerləşdirildiyi məlum olub. Sağ tərəfində velosiped yolu olan köprü yarıdan sonra soldan davam edir.

Dövlət başçısı Sebastian Pinera şirkətin səhvini düzəltməli və xətanı aradan qaldırmaq üçün maliyyə xərclərini öz üzərinə götürməli olduğunu bildirib.

Qeyd edək ki, yanvar ayının sonunda açılışı planlaşdırılan körpünün tikintisinə 30 milyon dollar ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti