...

Tarixin ən bahalı evi (FOTO)

Maraqlı Materials 14 Aprel 2014 10:07 (UTC +04:00)
ABŞ-ın Konnektikut ştatında Qrinviç şəhərində dəniz sahilində yerləşən bir malikanə 120 milyon dollara satılaraq Amerika tarixində ən bahalı evi adını alıb.
Tarixin ən bahalı evi (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

ABŞ-ın Konnektikut ştatında Qrinviç şəhərində dəniz sahilində yerləşən bir malikanə 120 milyon dollara satılaraq Amerika tarixində ən bahalı evi adını alıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Atlantik okeanı sahilində yerləşən mülk 1890-cı illərdə 50 hektar sahədə tikilib. 14 min kvadrat metr sahəsi olan "Copper Beach Farm" adlı malikanədə 12 yataq otağı var.

Mülk ötən ilin mayında 190 milyon dollara satışa çıxarılarkən ABŞ tarixinin ən yüksək qiymətli evi kimi tarixə düşüb.

Malikanəni satın alanların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti