Azərbaycan, Bakı, 29 may /Trend/
İngiltərənin Norfolk qraflığının Kinqs Linn şəhərində yaşayan 75 yaşlı pensiyaçı Con Brukerin bir neçə illik zəhməti sayəsində çox maraqlı hasar meydana çıxıb. Bu barədə Trend xarici mətbuata istinadən xəbər yayıb.
Bruker demək olar ki, tam on il ərzində əjdaha formasında nəhəng hasar ucaldıb. "Əjdaha"nın hündürlüyü 6, uzunluğu isə 30 metrdir. Əfsanəvi məxluqun altı cüt böyük qanadı, altı cüt də ayağı var.