Azərbaycan, Bakı, 26 avqust /Trend/
Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi qadın sürücülərin avtomobilin sükanı arxasında bəzənməsinə qadağa qoyub.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.
Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".
Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.