...

Putinin avtomat hədiyyəsi (FOTO)

Maraqlı Materials 10 Fevral 2015 20:37 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah Sisiyə "Ak-47" markalı Kalaşnikov avtomatı hədiyyə edib.
Putinin avtomat hədiyyəsi (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Məftun Salmanov/

Rusiya Prezidenti Vladimir Putin misirli həmkarı Əbdülfəttah əs-Sisiyə "Ak-47" markalı Kalaşnikov avtomatı hədiyyə edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hədiyyə V. Putinin bu gün Misirə səfəri çərçivəsində verilib.

Ə. əs-Sisinin də qonağa hədiyyə təqdim etdiyi bildirilsə də bunun nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, V. Putin daha əvvəl Rusiyaya səfəri zamanı Ə. əs-Sisiyə qızılulduzlu pencəyi hədiyyə olaraq təqdim etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti