...

Baş nazirin kostyumu çayı təmizləyəcək

Maraqlı Materials 19 Fevral 2015 17:00 (UTC +04:00)
M.Modi həmin kostyumda bu il yanvarın 25-27-də ABŞ Prezidenti Barak Obama ilə görüşüb.
Baş nazirin kostyumu çayı təmizləyəcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Məftun Salmanov/

Hindistanın Baş naziri Narendra Modinin kostyumunun satışından əldə ediləcək pullar Qanq çayının tullantı və kanalizasiya sularından təmizlənməsi üzrə proqrama xərclənəcək.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, söhbət Surat şəhərində hərraca çıxarılmış kostyumdan gedir.

N.Modi həmin kostyumda bu il yanvarın 25-27-də ABŞ Prezidenti Barak Obama ilə görüşüb.

Paltarın fərqli cəhəti hökumət başçısının adının olduğu naxışdır. Məlumata görə, kolleksionerlərdən biri kostyuma görə 226,5 min dollar təklif edib.

Ümumilikdə hərraca Baş nazirə bu vəzifədə olduğu müddətdə verilən 455 hədiyyə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti