...

Küləyin gücü təyyarəni aşağı saldı

Maraqlı Materials 30 Mart 2015 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Rusiyanın Kursk şəhərində "YuTeyr" şirkətinin göyərtəsində sərnişinlər olan təyyarəsi küləyin gücündən aeroportun eniş zolağına düşüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə martın 29-da baş versə də, bu barədə indi xəbər verilir.

Bununla belə, Moskvadan uçan "ATR 72" təyyarəsi Kursk aeroportuna enə bilib.

Məlumata görə, həmin vaxt küləyin sürəti saniyədə 13 metr, şiddəti isə saniyədə 17 metr təşkil edib. Təyyarənin göyərtəsində təqribən 30 sərnişin olub.

Təxliyə uğurla başa çatıb, xəsarət alan olmayıb. Təyyarə hazırda küləyin endirdiyi yerdədir. Külək azalandan sonra layner qoşqu ilə aeroportun anqarına çəkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti