Azərbaycan, Bakı, 7 aprel /Trend/
Hindistanın 27 yaşlı sakini Sandip Patel ilanla evlənmək istəsə də, onun bu arzusu ürəyində qalıb.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, S.Patel iddia edib ki, ilan keçmiş həyatında gözəl qız olub.
Qeyri-adi toya baxmağa 15 minədək insan gəlib. Bəy mərasimdən sonra ilana çevrilməyi planlaşdırırdı. Bu məqsədlə o, toya şaman çağırmışdı.
Lakin polis məbəddə təşkil edilmiş toyu yarımçıq qoyub. Polis S.Patel və atasını ictimai asayişi pozduqlarına görə cərimələyib.