...

Qarpızın faydası (VİDEO)

Maraqlı Materials 20 İyul 2015 10:17 (UTC +04:00)
Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir.
Qarpızın faydası (VİDEO)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Trend-in məlumatına görə, qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.

Qeyd edək ki, 150 qram qarpız gündəlik C vitamini ehtiyacının yüzdə 24,3 faizini, A vitamininə olan tələbatın 11 faizini ödəyir.

Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri, maqneziumun miqdarı baxımından da zəngin bir mənbədir. Böyük hissəsi sudan ibarət olduğu üçün az kalorili olan qarpızın 200 qramında təxminən 50 kalori var. Bu səbəbdən hər kalori üzrə alınan qidalı maddələrin miqdarı çoxdur. Qarpızın daha bir faydası isə onun yüksək qan təzyiqini aşağı salmasıdır.

Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Bu güclü antioksidant orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq xərçəngdən müdafiə təsiri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti