...

Plastik əməliyyatların ən çox həyata keçirildiyi ölkələrin adı məlum olub

Maraqlı Materials 17 Avqust 2015 17:06 (UTC +04:00)
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyəti ISAPS dünyanın müxtəlif ölkələrində həyata keçirilən plastik əməliyyatların sayı barədə statistik məlumatları dərc edib. Birinci yerdə ABŞ gəlir. Trend bu barədə Korrespondent.net saytına istinadən xəbər verir.
Plastik əməliyyatların ən çox həyata keçirildiyi ölkələrin adı məlum olub

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyəti - ISAPS dünyanın müxtəlif ölkələrində həyata keçirilən plastik əməliyyatların sayı barədə statistik məlumatları dərc edib. Birinci yerdə ABŞ gəlir. Trend bu barədə Korrespondent.net saytına istinadən xəbər verir.

ISAPS-ın məlumatına əsasən, ötən il Birləşmiş Ştatlarda 4 milyondan çox əməliyyat keçirilib ki, bu da dünyada keçirilən bu cür prosedurların 20 faizini təşkil edir.

İkici yerdə Braziliya (2 milyon plastik əməliyyat), üçüncü yerdə isə Yaponiya (1,2 milyon plastik əməliyyat) qərarlaşıb.

Maraqlıdır ki, adambaşına düşən prosedurların sayına görə ən böyük göstərici Cənubi Koreyada qeydə alınıb. Bu ölkədə hər min nəfərə 20 əməliyyat düşüb. İkincilik Braziliyada, üçüncülük isə Yaponiyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti