Azərbaycan, Bakı, 27 avqust /Trend/
2015-ci il çəkic atma üzrə dünya çempionu Pavel Faydek taksidə gediş haqqı əvəzinə qızıl medalını təqdim edib. Trend bu barədə "The Independent" qəzetinə istinadən məlumat verir.
Avqustun 23-də çəkic atma üzrə 80,88 metr nəticə göstərən polşalı atlet birinci yerdə qərarlaşıb. Qızıl medalın itdiyini ertəsi gün müəyyən edən idmançı dərhal polisə müraciət edib.
Hüquq mühafizə orqanlarının əməkdaşları taksi sürücüsünü tapıb.
P.Faydekin gediş zamanı sərxoş olduğunu deyən sürücü medalı geri qaytarıb.
26 yaşlı P.Faydek ikiqat dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır.
Qeyd edək ki, yüngül atletika üzrə dünya çempionatı 22-30 avqustda Çində keçirilir.