...

İflic olmuş ər 6 ildə ilk dəfə həyat yoldaşı ilə rəqs etdi (VİDEO)

Maraqlı Materials 14 Oktyabr 2015 23:41 (UTC +04:00)
2009-cu ildə avtomobil qəzası nəticəsində iflic olmuş Coel Cekson sığorta kəmərləri vasitəsilə həyat yoldaşı Lorenlə rəqs edib.
İflic olmuş ər 6 ildə ilk dəfə həyat yoldaşı ilə rəqs etdi (VİDEO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

2009-cu ildə avtomobil qəzası nəticəsində iflic olmuş Coel Cekson sığorta kəmərləri vasitəsilə həyat yoldaşı Lorenlə rəqs edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ayaqları yüngülcə döşəməyə toxunan C.Cekson Edvin Makkeynin "I'll bе" mahnısının sədaları altında rəqs edib.

Loren bloqunda yazıb ki, həmin an nəfəsi tutulurdu. Yazmaq imkanı olmayan C.Coel isə kompüterin köməyi rəqsdən təəssüratlarını "eyforiya" kimi təsvir edib.

Loren ABŞ-ın Florida ştatının sakini C.Coel ilə 2013-cü ildə ailə qurarkən bildirmişdi ki, o, nə vaxt hərəkət edə bilsə, birlikdə rəqs edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti