...

Milli Gimnastika Arenasında Novruz bayramına həsr olunmuş şou (FOTO)

Maraqlı Materials 19 Mart 2016 15:22 (UTC +04:00)
Martın 19-da Bakıda Milli Gimnastika Arenasında "Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Novruz bayramına həsr olunmuş şou keçirilib.
Milli Gimnastika Arenasında Novruz bayramına həsr olunmuş şou (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Martın 19-da Bakıda Milli Gimnastika Arenasında "Ocaq" idman klubunun təşkilatçılığı ilə uşaqlar üçün Novruz bayramına həsr olunmuş şou keçirilib.

Trend-in məlumatına görə, şouda 4-12 yaş arasında olan 300 uşaq iştirak edib.

Bayramda milli və xarici musiqi, eləcə də milli Azərbaycan rəqslərindən ibarət proqram təqdim edilib. Azyaşlı idmançılar rəngarəng milli geyimlərdə milli rəqsləri ifa ediblər. Bundan sonra sıra balacalara çatıb - "Ocaq" idman klubunun eksperimental qrupunun üzvləri tamaşaçıları "Cücələrim" rəqsi ilə sevindiriblər.

Qarşıdakı Rio-de-Janeyro Olimpiya Oyunlarına vəsiqə qazanmış Marina Durunda halqa və lentlə parlaq çıxışları ilə tamaşaçıları heyrətləndirib.

Klubun üzvləri parlaq milli rəqslər, eləcə də yaddaqalan gimnastik çıxışlar nümayiş etdiriblər. Yığmanın xoreoqrafı Ruslan Eyvazov isə Yalçın Rzazadənin məşhur "Yaşayır insan" mahnısını ifa edib.

Tədbirin yekununda şounun hazırlanmasında iştirak edən bütün məşqçilər xalça üzərinə çıxıblar.

Şou başa çatdıqdan sonra uşaqlar üçün arenanın yanında rəqslər, tonqaldan tullanmaq və Novruz bayramının digər atributları ilə bayram gəzintisi təşkil edilib.

Trend bayram şousundan fotoreportaj təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti