...

Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri üzrə oxşar mövqeyə malikdirlər -Metyu Brayza

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2008 18:10 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri üzrə oxşar mövqeyə malikdirlər -Metyu Brayza

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri üzrə oxşar mövqeyə malikdirlər. Bu barədə cümə axşamı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza İrəvanda jurnalistlərə bildirib. Bu barədə Novosti-Armeniya xəbər verib.

"Bizim həmsədrlərin regiona hazırki səfəri nəticəsində, son razılaşmaya nail olunacağını gözləməsək də, biz hər iki prezidentin münaqişənin nizamlanmasının baza prinsipləri üzrə oxşar mövqeyə malik olduğunu görürük - o bildirib. O, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında baza prinsipləri üzrə vahid mövqeyə nail olunması prosesində zamanın əhəmiyyətli rol oynamadığını qeyd edib.

"Biz razılaşmanın imzalanması üçün süni müddətlər qoymaq istəmirik və hər iki prezidentə hər təklifin, sözün yaxud hərfin ətraflı öyrənilməsi üçün tələb olunan qədər vaxt verməyi üstün tuturuq"-Brayzy qeyd edib. Amerikalı həmsədr qeyd edib ki, "hər iki prezident düzgün istiqamətdə hərəkət etdiklərindən, gözləmək lazımdır".

Fransalı həmsədr Bernar Fasye, öz növbəsində, hər iki tərəfin mövqeyini nəzərə almaqla, sənədin konkret fikirlərinə həmsədrlərin bir sıra aydınlıq gətirməsinə ehtiyac yarandığını bildirib.

"Biz tərəflərə izah etmişik ki, bizim təkliflərimizdə heç kim üçün heç bir tələ və ya ikimənalılıq yoxdur. Bu, Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromisə nail olmaq üçün bizim ölkələrin təklif edə biləcəyi ən yaxşı təkliflərdir"-o bildirib.

Xəbər lenti

Xəbər lenti