...

Avropa Şurası azərbaycanlı və ermənistanlı deputatların görüşünü təşkil etmək istəyir – Alt Komitənin sədri (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2008 00:13 (UTC +04:00)
Avropa Şurası azərbaycanlı və ermənistanlı deputatların görüşünü təşkil etmək istəyir – Alt Komitənin sədri (video)

Azərbaycan, Bakı, 7 fevral / müxbir Trend İ.Əlizadə / Avropa Şurası Parlament Assambleyası aprel ayında Strasburqda Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanı və Ermənistanı təmsil edən deputatların iştrakı ilə konfrans keçirmək istəyir. "Bunun üçün hər iki tərəfin razılığı olmalıdır",- deyə, cümə axşamı Azərbaycana səfəri başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri lord Rassel Conston bildirib.

Onun sözlərinə görə, səfərdə məqsəd azərbaycanlı və ermənistanlı deputatlar arasında görüş və dialoqun keçirilmə imkanlarını araşdırmaq. O, onuda bildirib ki, Azərbaycanın prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oktay Əsədov və siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Avropa Şurası birbaşa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur. Bizim məqsədimiz bu münaqişənin həlli üçün sağlam və münasib şərait yaratmaqdır.

O, qeyd edib ki, AŞPA- nın Alt Komitə üzvlərinin Dağlıq qarabağa səfərinin baş tutmasına güman etmir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

AŞPA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1416 saylı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunub və münaqişənin həlli ilə bağlı təkliflər əks olunub. Qurum sənədin həyata keçirilməsinə nəzarət etmək üçün Alt Komitə yaradılıb.

Alt Komitənin sədri Milli Məclisin sədri Oqtay Əsədov, daimi komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Constonun prezident İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

Səfər fevralın səkkizində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti