...

"Səkkizliyin" XİN başçıları Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2008 18:35 (UTC +04:00)
"Səkkizliyin" XİN başçıları Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması mövqeyindən çıxış edirlər

"Böyük səkkizliyin" xarici işlər nazirləri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlamağa çağırıblar. İTAR-TASS -ın verdiyi xəbərə görə, bu barədə Yaponiyanın xarici işlər naziri Masaxiko Komuronun iki günlük nazirlər görüşünün sədri kimi verdiyi bəyanatın bəndlərindən birində bildirilir. Yaponiyanın qədim paytaxtı Kiotoda keçirilən görüş cumə günü başa çatıb.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, ABŞ və Yaponiyanın XİN başçıları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin tezliklə həll edilməsinə yönələn səylərini dəstəklədiklərini bəyan ediblər. Nazirlər qeyd ediblər ki, Ermənistan və Azərbaycan "Səbr nümayiş etdirməli" və saziş əldə etmək üçün "ciddi addımlar" atmalıdır.

Yaponiya XİN -in mətbuat katibi Kadzuo Kodama İTAR-TASS-ın müxbirinə bildrib ki, "iclasda bu problem geniş müzakirə olunmayıb".

Görüşün yekun sənədində "səkkizliyin" Xarici Siyasət İdarələri rəhbərlərinin qaldırdığı bütün mövzular öz əksini tapıb. Onların arasında Yaxın Şərq, İran, İraq, Pakistan, KXDR, Myanma, Sudan və Əfqanıstan problemləri yer alıb. Müşavirə iştirakçıları nüvə silahsızlaşdırması və atomun sülh məqsədləri ilə istifadəsi məsələlərinə xüsusi diqqət ayırıblar. Müşavirədə dünyanın müxtəlif ölkələrində sülhün təmin edilməsi ətraflı müzakirə olunub, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə toxunulub.

Rusiya Federasiyası XİN başçısının birinci müavini Andrey Denisovun rusiyalı jurnalistlərə verdiyi məlumata görə, " "səkkizliyin" iyula nəzərdə tutulan sammitinin gündəliyinə dörd məsələ daxil ediləcək". "Bunlar - İran, Şimali Koreya, Əfqanıstan və Yaxın Şərq məsələləridir. Bütün bu məsələlər sədrin bəyanatında öz əksini tapıb və ümumilikdə müzakirələrin gedişini göstərir. Bizim ,əsasən, bu və ya digər beynəlxalq vəziyyətlərin qiymətləndirilməsi ilə yanaşı, real yanaşma istiqamətində mülahizələrimiz bütünlüklə nəzərə alınıb"- deyə o bildirib.

"Biz olduqca mühüm məsələlər üzrə dünyanın aparıcı dövlətlərinin mövqeyini aydınlaşdırdıq, məlum şəkildə, Hokkaydoda liderlər görüşünün gündəliyinin beynəlxalq hissəsini hazırladıq. Biz az mühüm olmayan digər məsələlərin müzakirə edilməsi üçün onlara həm vaxt, həm də imkan yaratdıq", - deyə Denisov bildirib.

Sədrin bəyanatı ilə yanaşı, Kioto görüşünün yekunu üzrə Əfqanıstan və Zimbabve üzrə birgə bəyanat qəbul olunub. Nazir müavini son sənəddə heç də hər şeyin Rusiya tərəfini qane etmədiyini qeyd edib. Lakin " "Səkkizliyin" digər üzvlərinin baza yanaşmaları üst-üstə düşür ". O, həmçinin, xatırladıb ki, Rusiya üçün "sözsüz prioritet " "səkkizlər qrupu" üzvlərinin birliyidir.

Bu gün Kiotoda başa çatan görüş - iyulun 7-9-da Yaponiyanın Hokkaydo adasında keçiriləcək "səkkizilik" sammitinə son hazırlıq mərhələsi idi. Son bir neçə ayda Yaponiyanın müxtəlif şəhərlərində planetin aparıcı sənaye ölkələrinin maliyyə, hüquq- mühafizə, enerji, sosial, ekologiya və digər idarə rəhbərlərinin görüşləri keçirilib.

Xəbər lenti

Xəbər lenti