Azərbaycan, Bakı, 16 iyul/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 15-də saat 13.50-dən 13.52-dək və saat 22.05-dən 22.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 16-da saat 07.00-dan 07.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.