...

Avropa Parlamentinin deputatı Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Aİ-yə daxil olmağa dəvət edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2008 14:52 (UTC +04:00)

Polşa, Krinitsa, 13 sentyabr / Trend , müxbir V.Şərifov/ Avropa Parlamentinin Litvadan olan deputatı Vitautas Landsberqis hesab edir ki, Avropa İttifaqı (Aİ) Qafqazda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemi həll edə bilər.

"Yalnız Aİ Dağlıq Qarabağ məsələsində Azərbaycan və Ermənistanı barışdıra bilər". Trend -un xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Polşanın Krinitsa şəhərində bu həftə keçirilən 18-ci iqtisadiyyat forumunda iştirak edən Landsberqis bildirib.

Landsberqis Dağlıq Qarabağ ətrafında Azərbaycan və Ermənistan arasında çoxdan yaranan vəziyyətdən çıxış yolunu ölkələrin hazırda 27 dövləti özündə birləşdirən Avropa İttifaqına daxil olmasında görür.

"Azərbaycan və Ermənistan Aİ-nin tərkibində olarsa, problem də olmaz, belə ki, faktiki olaraq ölkələr arasında sərhəd olmayacaq", - deyə Litvanın eks-prezidenti Landsberqis bildirib.

Lakin onun fikrincə, Azərbaycan və Ermənistanın Aİ-yə daxil olmasını belə tezliklə gözləmək olmaz.

"Buna hələ çox var. Rusiya məsələnin bu cür həllinə yol verməz. Bu onun maraqlarında deyil", - deyə forum çərçivəsində keçirilən "Aİ - Cənubi Qafqaz: iqtisadi əməkdaşlığın perspektivli istiqamətləri" adlı seminarda çıxış edən Landsberqis bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti