Rusiya, Ermənistan və Azərbaycan Kavqazda vəziyyətin sağlamlaşdırılması üzərində işlərin aparlıması qərarına gəliblər və XİN tapşırılıb ki, dağlıq-qarabağ münaqişəsinin nizaməsalınması istiqaməində işlər aparsınlar, RİA Novosti xəbər verir.
"Rusiya, Ermənistan və Azərbaycan prezidentləlri konstruktiv mühütdə Azərbaycan və Ermənistan arasında dialoqun ATƏT-in Minsk qrupu çərçivəsində və dağlıq-qarabağ münaqişəsinin siyasi yollarla nizamasalınması prespektivlərini və hal hazırki vəziyyətini müzakirə edib, bəyan edirlər ki, Kavqazda vəziyyətin sağlamlaşdırılması üzərində işlər aparacaq və regionda sabitliyi və təhlükəsizliyi siyasi yolla təmin edəcəklər", üçtərəfli görüşdən sonra imzalanan bəyannamədə deyilir.
Bəyannamə münaqişənin beynəlxalq hüquq və burada qəbul olunan sənədlər və qərarlar əsasında həllini nəzərdə tutur. Bu isə regionun iqtisadi inkişafı və hərtərəfli əməkdaşlığı üçün faydalı şərait yaradır. Bəyannaməni Dmitriy Medvedev danışıqlardan sonra oxuyub.