...

Ermənistan xoş qonşuluq münasibətlərində maraqlıdır, o cümlədən Azərbaycan və Türkiyə ilə – Baş nazir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2009 16:29 (UTC +04:00)
Ermənistan xoş qonşuluq münasibətlərində maraqlıdır, o cümlədən Azərbaycan və Türkiyə ilə – Baş nazir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir C.Babayeva/ Rəsmi Yerevan hesab edir ki, bütün ölkələrlə, o cümlədən Azərbaycan və Türkiyə ilə normal xoş qonşuluq münasibətləri Ermənistanın marağındadır.

"Qonşularla, o cümlədən Türkiyə və Azərbaycan ilə normal xoş qonşuluq münasibətlərinin olması Ermənistanın marağındadır. Biz danışıqlar prosesini davam etdirməliyik, biz Azərbaycan və Türkiyə ilə xoş münasibətləri qaydaya salmağı bacarmalıyıq", - deyə Ermənistanın Baş naziri Tiqran Sərkisyan "İnterfaks" Agentliyinə müsahibəsində vurğulayıb.

Sərkisyan  qeyd edib ki, bu gün türkiyəli həmkarları ilə danışıqlar prosesi olduqca səmərəli gedir və erməni - türk münasibətlərində mövcud irəliləyişlər var. "Mən Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını kifayət qədər real hesab edirəm", - deyə o bildirib.

"Sərhədlərin açılmasına gəldikdə isə, qonşularla xoş siyasi və iqtisadi münasibətlər varsa, o zaman sərhədlərin açılmasında heç bir mənfilik ola bilməz", - deyə Ermənistanın Baş naziri əlavə edib.

Ermənistan və Türkiyə arasında sərhədlər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Türkiyəyə qarşı qondarma "Erməni soyqrımı"nın tanınması tələblərini irəli sürməsinə görə bağlıdır.

Yerevan Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını münasib hesab edir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon  Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Sərkisyanın sözlərinə görə, ABŞ mövcud danışıqlar formatını daha səmərəli mexanizm hesab edir və ATƏT-in Minsk Qrupunu hər vəchlə dəstəkləyir. O bildirib ki, Minsk Qrupu çərçivəsində, Amerika və Rusiya tərəfdaşları arasında tam qarşılıqlı anlaşma var.

"Bu o deməkdir ki, həm Amerika, həm Rusiya, həm də Fransa tərəfi bu formatı daha münasib və səmərəli hesab edir. Düşünürəm ki, biz bu qiymətləndirmələrlə razılaşmalıyıq; onlar bizim  yanaşmamıza müvafiqdir", - deyə Sərkisyan bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti