Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 15-də saat 14.45-dən 17.25-dək, 19.15-dən 23.15-dək və fevralın 16-da saat 06.40-dan 06.45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.45-dən 21.05-dək Cəbrayıl rayonunun Cojuqmərjanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.15-dən 21.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.