...

Vyanada Cənubi Qafqazdakı münaqişələrin həlli yolları müzakirə edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2009 22:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend müxbir E.Hüseynli/ Cənubi Qafqaz regionundakı ictimai-siyasi vəziyyət Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin Vyanada keçirilən görüşündə müzakirə olunub. "Görüş zamanı Cənubi Qafqazdakı münaqişələrin həlli üçün parlamentarilərin görüşlərinin keçirilməsinin vacibliyi vurğulanıb", - deyə çərşənbə günü Trend -аA Vyanadan telefonla Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti sədrinin müavini Eldar İbrahimov bildirib.

Fevralın 18-də Vyanada ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətləri üzvlərinin görüşü keçirilib.

Fevralın 19-21-də ATƏT PA-nın qış sessiyası öz işinə başlayacaq.

İbrahimov deyib ki, müzakirələr zamanı Lenmarker qeyd edib ki, Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar araşdırılmalıdır və işğal olunmuş ərazilər qaytarılmalıdır.

Deputatın sözlərinə görə, ATƏT PA-nın fevralın 19-da keçiriləcək siyasi komitəsinin iclasında Lenmarkerin regiona səfərinin nəticələri müzakirə ediləcək.

İbrahimov qeyd edib ki, gələcəkdə bu formatda Azərbaycan, Gürcüstan və Ermənistan parlamentarilərinin görüşü təşkil edilə bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti