Azərbaycan, Bakı, 25 may / Trend , müxbirE.Тariverdiyeva /
"Ən yaxın zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri gözlənilir", - Trend -a bazar ertəsi Vaşinqtondan telefonla amerikalı həmsədr Metyu Brayza deyib.
"Həmsədrlər regiona iyunun 4-nə qədər səfər etməyi planlaşdırırlar", - o bildirib.
Brayza prezidentlərin görüşünün Sankt-Peterbuqrda olacağına ümid edir.
Onun sözlərinə görə, bu baş verərsə, həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevin Praqada başlatdığı konstruktiv yanaşma və həmin görüşdən sonra Serj Sarkisyanın nümayiş etdirdiyi müsbət reaksiyanın davam edəcəyinə ümid edirlər.
Mayın 7-də Praqada Aİ-nin "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezdentləri ABŞ səfirliyində görüş keçirib, Dağlıq-Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.
Prezidentlərin növbəti görüşü iyunun əvvəlində Sankt-Peterburqdakı iqtisadi forum çərçivəsinə planlaşdırılır.
Brayzanın sözlərinə görə, hər üç həmsədr birlikdə uğurla çalışırlar. "Gürcüstan, ABŞ və Rusiyaya münasibətdə fikir ayrılıqları olsa da, Dağlıq-Qarabağla bağlı çox səmərəli əməkdaşlıq var", - Brayza bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.
1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]