...

Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də keçirilən görüşü həmsədrlərə yeni təklifləri qısa və dəqiq ifadə etməyə kömək edəcək – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2009 11:09 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də keçirilən görüşü, Ermənistan və Azərbaycanın arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dövlət başçılarının qalan əsas məsələlərə baxışının təfsilatlarını müəyyən etməkdə həmsədrlərə kömək edib. Bu öz növbəsində həmsədrlərə mübahisəli bəndlər üzrə onların mövqelərinin yaxınlaşması üçün tərəflərə münasib olan təkliflərin ifadə edilməsində həmsədrlərə kömək edəcək. Bu barədə Trend News-a Moskvadan telefonla amerikalı həmsədr Metyu Brayza bildirib.
Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də keçirilən görüşü həmsədrlərə yeni təklifləri qısa və dəqiq ifadə etməyə kömək edəcək – amerikalı həmsədr

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də keçirilən görüşü, Ermənistan və Azərbaycanın arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dövlət başçılarının qalan əsas məsələlərə baxışının təfsilatlarını müəyyən etməkdə həmsədrlərə kömək edib. Bu öz növbəsində həmsədrlərə mübahisəli bəndlər üzrə onların mövqelərinin yaxınlaşması üçün tərəflərə münasib olan təkliflərin ifadə edilməsində həmsədrlərə kömək edəcək. Bu barədə Trend News-a Moskvadan telefonla amerikalı həmsədr Metyu Brayza bildirib.

"Azərbaycan və Ermənistan prezidentlərinin cümə günü baş tutan fikir mübadiləsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dövlət başçılarının qalan əsas məsələlərə baxışının bəzi təfsilatlarını müəyyən etməkdə həmsədrlərə kömək edib. Bu bizə mübahisəli bəndlər üzrə tərəflərin mövqelərinin yaxınlaşması üçün onlara münasib olan təkliflərin ifadə edilməsində kömək edəcək", - o qeyd edib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Moskvada Dağlıq Qarabağ münaişəsinin sülh yolu ilə həlli məsələsi üzrə danışıqlar aparıblar. Görüşün yekun məlumatları mətbuata açıqlanmayıb. 

İyulun 18-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Prezidenti Dmitri Medvedev ilə üçtərəfli görüşü keçiriləcək.

Son il ərzində bu, İlham Əliyev və Sarkisyan arasında altıncı görüşdür. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın əvvəlki görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişənin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Sürixdə bu ilin yanvar ayının 28-də baş tutub.

Brayzanın sözlərinə görə, prezidentlərin cümə günü keçirilən görüşü dərin, konstruktiv olub, razılaşdırılmalı olan əsas prinsiplərin çətin elementləri ətraflı şəkildə müzakirə edilib.

"Təssüf ki, prezidentlər hər hansı bir yeni qərar verməyiblər. Lakin onlar bir neçə vacib qərar qəbul etdikləri Sankt-Peterburqda əldə olunan irəliləyişi möhkəmlədiblər", - deyə Brayza bildirib.

Amerikalı həmsədr ümid edir ki, prezidentlər iyulun 18-də keçirilən üçtərəfli görüşdə irəliləyiş əldə edə biləcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti