...

Azərbaycanın bir qrup müxalifət partiyası növbəti Qarabağ forumunu keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2009 13:07 (UTC +04:00)
Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqlanan Madrid prinsiplərinin işğalçı erməni tərəfinin tələbləri ilə üst-üstə düşdüyünü bəyan edib.

Azərbaycan, Bakı, 21 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın bir qrup müxalifət partiyası növbəti Qarabağ forumu keçirib

Azərbaycanın bir neçə müxalifət partiyasının təmsil olunduğu ittifaq Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqlanan Madrid prinsiplərinin işğalçı erməni tərəfinin tələbləri ilə üst-üstə düşdüyünü bəyan edib.

"Bu, ATƏT-in Minsk Qrupu həmsdrlərinin ermənipərəstliyinin sübutudur", - Trend -un məlumatına görə, çərşənbə axşamı Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə keçirilən Qarabağ forumunda qəbul olunan bəyanatda bildirilir.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Forum iştirakçıları Dağlıq Qarabağın hər hansı güc yolu ilə Azərbaycandan ayrılmasının mümkün olmadığını, Azərbaycanın bir hissəsində referendum keçirməklə dövləti parçalamağa çalışan beynəlxalq güclərin istəklərinə heç vaxt nail olmayacaqlarını da bəyan ediblər.

Forum iştirakçıları bu məqsədlə Mitinq Komitəsi yaradaraq vasitəçilərin bu addımının qarşısını almaq məqsədilə kütləvi aksiyalara hazırlaşmaq üçün müzakirələrin başlandığını da qeyd ediblər.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti