...

Dağlıq Qarabağ probleminin həllində irəliləyiş var - Türkiyə Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2009 11:07 (UTC +04:00)

Türkiyə Prezidenti Abdullah Gül Türkiyənin TRT1 telekanalına verdiyi müsahibədə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olduğunu bildirib. Bu haqda Türkiyənin CNN Türk tekelanalı TRT1 telekanalına istinadən məlumat verib.

Türkiyə Prezidenti onu da qeyd edib ki, Ankaranın Yerevanla diplomatik münasibətləri bərpa etmək istəyi illərdir unudulan və dünyanın siyasi müstəvisindən silinən Dağlıq Qarabağ problemini yenidən gündəmə gətirib.

Gülün sözlərinə görə, problemin həlli istiqamətində irəliləyiş var, lakin o, bu məsələdə nə kimi irəliləyiş olduğunu açıqlamaqdan çəkinib.

Gül onu da qeyd edib ki, problemin həlli istiqamətində ABŞ və Rusiya da eyni fikirdədirlər.

Ankara-Bakı əlaqələrinə münasibət bildirən Gül, Azərbaycan və Türkiyənin "bir millət, iki dövləti" olduğunu bildirib.

"Azərbaycanla Türkiyə bir millətin iki dövlətidir", - deyə o qeyd edib. Türkiyə Prezidentinin sözlərinə görə, Azərbaycan və Türkiyə münasibətləri normal müstəvidə inkişaf edir.

Xəbər lenti

Xəbər lenti