...

Ankara-Yerevan protokolunun təsdiq edilib-edilməyəcəyinə ölkə parlamenti qərar verəcək - XİN başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 10:40 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Ankara ilə Yerevan arasında imzalanan protokollara münasibət bildirərək, protokolların təsdiq edilib-edilməyəcəyinə ölkə parlamentinin qərar verəcəyini bildirib.
Ankara-Yerevan protokolunun təsdiq edilib-edilməyəcəyinə ölkə parlamenti qərar verəcək - XİN başçısı

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Ankara ilə Yerevan arasında imzalanan protokollara münasibət bildirərək, protokolların təsdiq edilib-edilməyəcəyinə ölkə parlamentinin qərar verəcəyini bildirib. Bu haqda Türkiyənin CNN Türk informasiya portalı məlumat verib.

"Ankara-Yerevan protokolunun təsdiq edilib-edilməyəcəyinə ölkə parlamenti qərar verəcək", - deyə Davudoğlu bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti