...

Azərbaycanın mənafeyini Türkiyənin mənafeyi kimi qoruyacağıq - Türkiyənin Baş naziri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 13:58 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Azərbaycanın mənafeyini Türkiyənin mənafeyi kimi qoruyacaqlarını bildirib.
Azərbaycanın mənafeyini Türkiyənin mənafeyi kimi qoruyacağıq - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Azərbaycanın mənafeyini Türkiyənin mənafeyi kimi qoruyacaqlarını bildirib.

Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Azərbaycanın mənafeyini Türkiyənin mənafeyi kimi qoruyacağıq", - deyə o qeyd edib.

Baş nazir onu da qeyd edib ki, Azərbaycan Parlamentində Azərbaycan xalqına verdiyi sözə sadiqdir.

"Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zidd addım atmayacaq", - deyə o qeyd edib.

Baş nazirin sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələrinə xələl yetirmək sitəyən qüvvələr var, bu qüvvələr Türkiyənin daxilindədir.

"Azərbaycan xalqına burdan söyləyirəm ki, sizin sevinciniz Türkiyənin sevinci, kədəriniz  Türkiyənin kədəridir", - deyə o qeyd edib.

Baş nazir iki dövlət arasında nifaq yaratmaq istəyən qüvvələrin fitnələrinə uymamağa şağırıb.

Ərdoğan onu da qeyd edib ki, azərbaycanlı millət vəkillərinin Türkiyəyə səfəri zamanı onlarla səmimi görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti